“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.
Renewables.az xəbər verir ki, bu barədə "AzərEnerji" ASC məlumat yayıb.
Görüşdə bp şirkəti ilə Azərbaycan enerjisistemi arasındakı əməkdaşlıq münasibətlərinin müzakirə edildiyi görüşdə Səngəçal Terminalının elektrik şəbəkəyə qoşulma layihəsinin gedişatı, bu layihənin dekarbonizasiya məqsədində önəm daşıması ilə bağlı Prezident İlham Əliyevin COP29-un açılış mərasimində dediyi fikirlər xüsusi olaraq vurğulanıb.
Görüşdə, Cəbrayılda tikilən 240 MVt-lıq bp “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisistemə inteqrasiyası üçün “AzərEnerji” tərəfindən tikilən 330 kV-luq yarımstansiya və bu yarımstansiyanın 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağı ilə əlaqələndirilməsi üçün 330 kV-luq ötürmə xətlərinin çəkilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rəylər (0):