Dekabrın 8-də Bakıda “Cənubi Qafqaz Yaşıl Enerji Forumu” keçiriləcək.
“Berpaolunanenerji.az”ın məlumatına görə, eyni tədbir dekabrın 6-da Ermənistanın paytaxtı İrəvanda, dekabrın 9-da isə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. Forumda əsasən "yaşıl" enerji strategiyalarına diqqət yetiriləcək, iştirakçılara ABŞ-ın "yaşıl" enerji texnologiyası istehsalçıları, layihə tərtibatçıları və podratçıları, ABŞ-ın bu ölkədəki səfirləri, hökumət və kommersiya nümayəndələri ilə əlaqə yaratmaq imkanları yaradılacaq.
Rəylər (0):