Bakıda bir külək və üç günəş elektrik stansiyasının inşası təklif olunur

image

2040-cı ilə qədər Bakının Ələt, Lökbatan, Sabunçu və Mərdəkan alt-mərkəzlərində ümumi ərazisi 2 650 ha, ümumi qoyuluş gücü 1200 MVt olan bir külək (500 MVt) və üç günəş (400 MVt, 200 MVt və 100 MVt olmaqla cəmi 700 MVt) elektrik stansiyasının inşası təklif olunur.

Renewables.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənədə əsasən, bu ərazilərdə perspektivdə (hesabat müddətindən sonrakı dövrdə) bərpa olunan enerji təsərrüfatlarının inkişafı üçün 3313 ha əlavə ərazi nəzərdə tutulub.

Baş Plan layihəsində, hazırda çirklənmiş torpaq sahələri olan ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 ha ərazi ilə bağlı mərhələli “Regenerasiya Çərçivəsi” nəzərdə tutulur. Regenerasiya çərçivəsinə həyata keçirilməsi planlaşdırılan “Böyükşor gölü üzərində üzən günəş elektrik stansiyası (300 kVt)” layihəsi, həmçinin Qırməki Təbii Geoloji Parkı (202 ha) daxil edilib. Bu parkda günəş və külək enerjisi istehsalı və karbon-neytral sistemin layihələndirilməsi mümkün olacaq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *