Bakı şəhərinin elektrik enerjisinə maksimal tələbatı hazırda təxminən 2100 MVt təşkil edir.
Renewables.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Sənədə əsasən, Bakı şəhərinin enerji paylama sistemi təxminən 2,6 milyon nəfər istehlakçını elektrik enerjisi ilə təmin edir. Yaxın gələcəkdə ölkə ərazisində böyük güclü bərpa olunan enerji mənbəli elektrik stansiyalarının tikintisi perspektivləri nəzərə alınmaqla enerjisistemin dayanıqlılığının təmin edilməsi üçün yeni ənənəvi generasiya mənbələrinin yaradılması zəruri olacaq.
Qeyd olunur ki, şəhərin paylayıcı şəbəkəsi həddindən artıq yüklənmişdir ki, bu da ehtiyat gücü 35-110 kV olan qidalandırıcı sistemlərin həddindən artıq yüklənməsinə, onların ötürücülük qabiliyyətinin itirilməsinə (bəzi hallarda) və növbəti iyirmi il üçün tələbatların ödənilməsi baxımından mövcud qurğuların öz optimallığını itirməsinə səbəb olacaq. Mövcud enerji istehlakı səviyyələrinə əsasən və 3 % artımın olacağını ehtimal etməklə, 2040-cı ilə qədər tələbatın təxminən 2000 MVt-a qədər artacağı proqnozlaşdırılır.
Rəylər (0):