Bakı şəhərində 500-ə yaxın bina istilik mənbəyinin olmaması və binadaxili istilik sistemlərinin sıradan çıxması səbəbindən mərkəzi istilik sisteminə qoşulmayıb.
Renewables.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
Baş Planda şəhərin istilik təchizatı sistemində bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş enerjisi və istilik nasoslarından istifadə imkanlarının qiymətləndirilməsi və pilot layihələr həyata keçirməklə real nəticələrin tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Rəylər (0):