BƏƏ-də 2 QVt gücündə dünyanın tək sahəli ən böyük günəş elektrik stansiyasının açılışı olub

image

BƏƏ-nin Əbu-Dabi əmirliyində 2 QVt gücündə "Əl Dhafra" Günəş Elektrik Stansiyasının (GES) açılışı olub.

Renewables.az Əbu-Dabi Media Ofisinə istinadən xəbər verir ki, stansiya dünyanın tək sahəli (single-site) ən böyük GES-dir.

Günəş enerjisi layihəsi daha çox "Taqa" kimi tanınan "Əbu-Dabi Milli Enerji Şirkəti" (40 %) tərəfindən "Masdar" (20 %) , Fransanın "EDF Renewables" (20 %) və Çinin "JinkoPower" (20 %) şirkətləri ilə birgə hazırlanıb.

GES-də istehsal olunacaq elektrik enerjisi "Emirates Su və Elektrik Şirkəti" tərəfindən satın alacaq. 4 milyon paneldən ibarət GES 200 min evi enerji ilə təmin edəcək və Əbu-Dabinin karbon qazı emissiyasını ildə 2,4 milyon tondan çox azaldacağı gözlənilir ki, bu da təxminən 470 min ənənəvi yanacaqla çalışan avtomobildən imtina anlamına gəlir.

Paytaxt Əbu-Dabidən 35 km məsafədə yerləşən və səhrada 20 kvadrat kilometrdən çox ərazidə tikilən GES inşa zamanı 4,5 mindən çox iş yeri yaradıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *