Bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası həyata keçiriləcək

image

Bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin şəbəkəyə inteqrasiyası üzrə tədbirlər həyata keçiriləcək.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, "Azərenerji" ASC və "Azərişıq" ASC, Energetika və İqtisadiyyat nazirlikləri ilə birlikdə bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin şəbəkəyə inteqrasiyası üzrə tədbirlərin həyata keçirilməsi üzrə 2022-2026-cı illərdə təhlillərin aparılması, tədbirlərin müəyyən edilməsi və tədbirlərin icrasını təmin etməlidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *