“Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması” adlı vebinar keçiriləcək
Avqustun 26-da Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən “Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması” adlı vebinar keçiriləcək.
Vebinarda dekarbonizasiyanın əhəmiyyəti, bərpaolunan hidrogen və onun təchizat zəncirlərindəki rolundan danışılacaq. Spiker qismində Mərt Çolakoğlu çıxış edəcək. O, bakalavr təhsilini Türkiyənin Orta Şərq Texniki Universitetində, magistratura təhsilini İstanbul Texniki Universitetində alıb, daha sonra İstanbul Texniki Universitetində enerji elmləri və texnologiya ixtisası üzrə doktorantura təhsilini tamamlayıb. Mərt Çolakoğlu Türkiyə və Niderlandın müxtəlif şirkətlərində işləyib və bu sahədə 10 ildən çox təcrübəyə malikdir.
Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək istəyənlər avqustun 23-dək Təhsil İnstitutunun saytında qeydiyyatdan keçməlidirlər.
Ətraflı:
İxtisasımla bağlı olan bir vebinardır.Tezliklə vebinarın olmasını gözləyirəm
İxtisasım üzrə olan bir vebinardir.Vebinarın tezliklə gəlməsini səbirsizliklə gözləyirəm.