Bəxtiyar Aslanbəyli: "Cəbrayılda tikiləcək GES-in ərazisinin minalardan təmizlənməsi bitmək üzrədir"

image

bp şirkətinin Cəbrayıl rayonunda həyata keçirdiyi 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi üzrə ərazinin minalardan təmizlənməsi demək olar ki, başa çatıb.

Renewables.az xəbər verir ki, bunu bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

“Ərazinin 40 santimetrədək dərinliyi minalardan təmizlənib. Dayaq olan hissələr isə daha dərin təmizlənməlidir. Hazırda məhz həmin proses həyata keçirilir. Paralel olaraq isə layihənin kommersiya, texniki parametrləri də yekunlaşmaq üzrədir. Kommersiya parametrləri ilə bağlı demək olar ki, fikir ayrılığı qalmayıb. Mövqelər kifayət qədər yaxınlaşıb. Son məqamlar dəqiqləşdirilir”.

Xatırladaq ki, 2021-ci ilin 3 iyun tarixində Energetika Nazirliyi və bp arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *