Ötən ilin 2 avqust tarixində “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ günəş enerjisi layihəsi üçün 114,2 milyon ABŞ dolları məbləğində Beynəlxalq Maliyyə İnstitutları tərəfindən kredit paketi ayrılması üçün qərar qəbul olunub.
"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.
Bununla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 21,4 milyon ABŞ dolları, Abu-Dabi İnkişaf Fondu (ADFD) 50 milyon ABŞ dolları, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) 21,4 milyon ABŞ dolları və Asiya İnkişaf Bankı (ADB) tərəfindən 21,4 milyon ABŞ dolları həcmində kreditin ayrılması nəzərdə tutulur.
Rəylər (0):