Birinci rübdə bərpa olunan enerji istehsalı ümumi istehsalın 5 faizini təşkil edib

image

Bu ilin yanvar-mart aylarında İES-lər üzrə 7387.4 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 368.8 mln kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında yazıb.

Qeyd edilir ki, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ümumi enerji istehsalının 5 faizini təşkil edib.

Nazirin digər paylaşımına görə, bu ilin birinci rübündə Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7 % artaraq 7756.2 mln. kVt-saat təşkil edib, ixrac 1 238,9 mln. kVt-saat, idxal isə 31,3 mln. kVt-saat səviyyəsində olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *