2023-cü ilin yanvar-mart aylarında ölkədə elektrik enerjisi istehsalı 7 milyard 295,1 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz çoxdur.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Cari ilin ilk iki ayında əmtəəlik elektrik enerjisi istehsalı 7 milyard 081,8 milyon kVt-saat təşkil edib və bu da 8 faiz çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 270,7 milyon kVt-saat (10,4 faiz çox), külək elektrik stansiyalarının enerji istehsalı 15,4 milyon kVt-saat (26,2 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 13,2 milyon kVt-saat (7,3 faiz çox) təşkil edib.
Rəylər (0):