BMT nümayəndəsi: "Yaşıl artım üçün Azərbaycanda inanılmaz fürsət yaranıb"

image

Azərbaycan hökumət iqtisadiyyatın ənənəvi sahələrini gücləndirmək, yaşıl iqtisadiyyat üçün mühüm addımlar atıb

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda çərşənbə günü keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Pandemiya bütün dünyada dayanıqlı inkişafa mənfi təsir etdi. Biz post COVID dövründə səylərimizi birləşdirməliyik:

"Yaşıl artım üçün Azərbaycanda inanılmaz fürsət yaranıb. Vahid, milli maliyyələşmə layihəsi çərçivəsində xüsusi bir mexanizm olacaq ki, dayanıqlı inkişaf təmin edilsin. Biz qlobal strateji tərəfdaş olaraq, BMT, Avropa İttifaqı, Dünya Bankı ilə birlikdə bu layihələrə dəstək veririk".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *