BMU tələbələri günəş enerjisi ilə bağlı səmərəli qurğu hazırlayıblar

image

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri günəş şüalarının hərəkətini izləyən “Robotik günəbaxan” adlı qurğu hazırlayıblar.

Renewables.az BMU-ya istinadən xəbər verir ki, qurğu mövcud günəş panellərindən daha səmərəli istifadə etmək baxımından bir sıra üstünlüklərə malikdir.

Onlardan ən əsası hazırlanan qurğunun günəş istiqamətində hərəkət etməklə daha çox alternativ enerjinin əldə olunmasına imkan verməsidir.

Dünyada müşahidə olunan enerji çatışmazlığı problemlərinin həllinə yönələn layihənin əsas məqsədi günəş panellərini uyğunlaşdıracaq izləmə sistemi ilə avtomatik enerji istehsal etməkdir. Günəşin gün ərzində hərəkət etməsi ilə paralel hərəkətdə olduğu üçün “Robotik günəbaxan”la əldə edilən enerji normal  günəş panelindən əldə edilən enerjidən daha çox olur.

Günəş enerjisindən maksimum istifadə etmək üçün sistem işığın maksimum intensivliyini izləyir. İşığın intensivliyi zamanla azaldıqca, sistem işığın maksimum intensivliyini əldə etmək üçün istiqamətini avtomatik dəyişir. Nəticədə, normal günəş panelindən daha çox enerji əldə etmiş olur.

Universitetin baş müəllimi Fəxrəndə Məmmədovanın rəhbərliyi ilə Mühəndislik fakültəsində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Rafiq Şükürov və Əli Xəlilovun hazırladığı qurğu alternativ enerji mənbəyi kimi günəş enerjisindən istifadə edən yaşayış evləri, müəssisələr və idarələr üçün olduqca aktualdır. Sistem yaşayış massivlərində alternativ elektrik enerjisi istehsalı üçün, xüsusilə çox kritik olmayan və az gücə malik cihazlar üçün tətbiq oluna bilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *