Böyük Britaniya kosmosda günəş elektrik stansiyası tikmək istəyir

image

Böyük Britaniya kosmosda günəş elektrik stansiyası tikmək istəyir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, layihəyə kiçik sınaqlarla başlanılması gözlənilir. Günəş elektrik stansiyasının 2040-cı ildə istifadəyə veriləcəyi nəzərdə tutulur. Kosmosa əsaslanan günəş enerjisi hökumətin xalis sıfır innovasiya layihələrində yer alacaq texnologiyalardan biridir. Layihə günəş enerjisinin kosmosda toplanması və Yerə ötürülməsini nəzərdə tutur. Sistemə günəş enerjisi peyki, günəş panelləri ilə təchiz edilmiş nəhəng kosmik gəmi daxildir. Bu panellər daha sonra yüksək tezlikli radio dalğaları vasitəsilə kabelsiz şəkildə Yerə ötürülür və elektrik enerjisi istehsal edilir. Kosmosda fəaliyyət göstərən orbitə əsaslanan günəş elektrik stansiyası gündə 24 saat Günəş tərəfindən işıqlandırılır və buna görə də davamlı olaraq elektrik enerjisi istehsal edə bilir.

Qlobal enerji tələbatının 2050-ci ilə qədər təxminən 50 faiz artacağı proqnozlaşdırıldığı halda, kosmik əsaslı günəş enerji sektoru artan tələbatın ödənilməsinə və qlobal temperatur artımı ilə mübarizə aparmağa kömək edə bilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *