Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə həyata keçirilən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılan “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə işlər davam etdirilir.
"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.
Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq layihə çərçivəsində araşdırmalar aparılır. Layihə çərçivəsində Azərbaycan ərazisində üzən günəş (PV) panellərinin inkişafı üzrə texnikiiqtisadi əsaslandırma hazırlanıb, Coğrafi Məlumat Sisteminə (GIS) əsaslanan metodologiya tətbiq edilməklə su hövzələrinin məlumat bazası yaradılıb.
Bununla yanaşı hazırda layihənin digər komponenti kimi Böyükşor gölü üzərində gücü 50 MVta malik üzən günəş fotovoltaik stansiyasının texniki-iqtisadi əsaslandırması hazırlanmış və qoşulma üçün texniki şərtin verilməsi məsələsi “Azərenerji” ASC ilə müzakirə olunub.
Layihə çərçivəsində Böyükşor gölündə ümumi gücü 100 kVt (95 kVt suda, 5 kVt quruda) təşkil edən üzən günəş stansiyasının tikintisi həyata keçirilir.
Rəylər (0):