Asiya İnkişaf Bankının dəstəyi ilə üzən günəş panellərinin inkişafına dəstək layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Azərbaycanda göl və su hövzələrində üzən günəş enerjisi potensialı dəyərləndirilir.
“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar zamanı təqdimatla çıxışında bildirib.
T.Əmmayev: "Artıq cari ildə Böyükşor gölü üzərində 100 kVt gücündə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihə çərçivəsində eyni zamanda təlimlər, bu istiqamət üzrə biznes modellərinin işlənib hazırlanması, tarif strukturunun müəyyənləşməsi istiqamətində təhlillər aparılacaq".
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Azərbaycanda İKT tətbiqi sahəsində öncül yer tutur.