Brüsseldə Azərbaycanın ISA-ə tamhüquqlu üzv olması məsələsinin vacibliyi vurğulanıb

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Beynəlxalq Günəş İttifaqının (ISA) Avropa və Digər Regionlar üzrə Regional Komitəsinin 4-cü iclasında iştirak edib.

Renewables.az AREA-ya istinadla xəbər verir ki, iclasda Azərbaycanın yüksək günəş enerjisi potensialının olduğunu diqqətə çatdırılıb, bu istiqamətdə icra edilən layihələrdən danışılıb.

Eyni zamanda beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıqdan bəhs edilib, ixrac potensialı barədə məlumat verilib. Həmçinin iclasda, Azərbaycanın Beynəlxalq Günəş İttifaqına tamhüquqlu üzv olması məsələsinin vacibliyi vurğulanıb.

Tədbirdə 18 ölkədən nazirlər və yüksək səviyyəli hökumət nümayəndələri iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *