BSW: "Qarabağ günəş enerjisi sahəsində yaxşı imkanlara sahibdir"

image

Qarabağ günəş enerjisi sahəsində yaxşı imkanlara sahibdir.

“Berpaolunanenerji.az” məlumatına görə, bunu Trend-ə açıqlamasında Almaniya Günəş enerjisi Assosiasiyasının beynəlxalq layihə meneceri Ronald Upmann deyib.

O qeyd edib ki, Qarabağda infrastrukturun böyük hissəsi dağıdılıb və indi yenidənqurma işləri aparılır.

"İndi Qarabağda günəş enerjisinə keçid üçün şans yaranıb. Azərbaycanın bu istiqamətdə imkanları var. Ümid edirəm ki, alman şirkətləri öz təcrübələrini bölüşərək bu işdə köməklik göstərəcəklər", - deyə o bildirib.

R.Upmann, həmçinin, Almaniya-Azərbaycan Davamlı İnkişaf Forumunun əhəmiyyətini qeyd edib.

"Forumda iştirak edərək müzakirələrə qoşuluram. Həmçinin, düşünürəm ki, forum vasitəsilə yeni əlaqələr əldə etmək və Azərbaycan bazarı haqqında məlumat almaq şansı yaranıb",- deyə o əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *