Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə investisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi Yaşıl Dünya naminə həmrəyliyimizin təzahürü olmaqla “yaşıl enerji” tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir paylaşımda qeyd edib ki, bu ilin sonunadək ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır.
Xatırladaq ki, BƏƏ-nin Masdar şirkəti ilə imzalanan investisiya müqavilələrinə əsasən, Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları tikiləcək.
Rəylər (0):