Pandemiyaya baxmayaraq, 2020-ci ildə dənizüstü külək enerji gücünün 6 100 MVt artdığını açıqlayan Qlobal Külək Enerjisi Konsulluğu (GWEC), bu il 12 710 MVt yeni gücün əlavə ediləcəyini bildirib.
“Berpaolunanenerji.az” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə dərc olunan hesabatda bildirilir.
GWEC-in yayımladığı “Offshore Wind 2021” hesabatına görə, Çin ötən il 3 min MVt-dan artıq dənizüstü külək enerji gücü əlavə edib. Qeyd edək ki, ölkə 3 ildir ki, bu baxımdan birincidir. Amma bu il Çinin 7 500 MVt, Avropa ölkələrinin 2 890 MVt, Asiya ölkələrinin isə 2 330 MVt yeni güc əlavə edəcəyi gözlənilir.
Hesabatda, 2030-cu ilə qədər dənizüstü külək enerji gücünün 235 min MVt artacağı proqnozlaşdırılır. Buna görə, dənizüstü külək enerji gücünün 2030-cu ilə qədər 7 qat böyüyəcəyi bildirilir.
Hazırda qlobal dənizüstü külək enerjisinin qoyuluş gücü 35 min MVt-dır ki, bu da 62,5 milyon ton karbon emissiyasının qarşısını alır. Bu isə 20 milyon avtomobildən çıxan karbon qazına bərabərdir.
Qeyd edək ki, dünyada bu sektor üzrə 700 min insan işləyir.
Rəylər (0):