2024-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, ötən 3 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 7 129,3 mln. kVt-saat olub.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Rüb ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 6 mlrd. 519,2 mln. kVt-saat, su elektrik stansiyalarında (SES) keçən ilin müvafiq dövrünə nisbətən 161,5 mln. kVt-saat artımla 439,3 mln. kVt-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,0 mln. kVt-saat artımla 170,8 mln. kVt-saat təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında (KES) 14,3 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 89,5 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 67,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 mlrd. 371,0 mln. kVt-saat (İES-lərdə 5 mlrd. 951,0 mln. kVt-saat, SES-lərdə 420,0 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 92,1 mln. kVt-saat (İES-lərdə 64,5 mln. kVt-saat, SES-lərdə 15,4 mln. kVt-saat, GES-də 12,2 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 9,5 mln. kVt-saat müstəqil elektrik stansiyaları üzrə isə 656,7 mln. kVt-saat təşkil edib.
Rüb ərzində elektrik enerjisinin idxalı 44,3 mln. kVt-saat, ixracı isə 360,3 mln. kVt-saat olub.
Qeyd edək ki, 2024-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 442,9 mln. kVt-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 11,8 mln. kVt-saat, ixracı isə 139,8 mln. kVt-saat təşkil edib.
Rəylər (0):