Buxarest Qara Dəniz Enerji Həftəsi yüksək səviyyəli tədbirinə ev sahibliyi edir

image

Bu ilin 6-8 fevral tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə "Qara Dəniz Enerji Həftəsi" (Energy Week Black Sea) beynəlxalq bərpa olunan enerji investisiya konfransı keçiriləcək.

Renewables.az-ın media tərəfdaşı olduğu tədbirdə Rumıniya, Bolqarıstan, Moldova, Ukrayna, Gürcüstan və Türkiyədən bütün əsas maraqlı tərəflər, o cümlədən səlahiyyətlilər, tənzimləyicilər, kommunal xidmətlər, ötürücü və paylayıcı sistem operatorları bir araya gələcək.

Konfransda 6 ölkədən nazirlər açılış nitqləri ilə çıxış edəcəklər və daha sonra bərpa olunan enerji layihələri üçün bazar marşrutları, yaşıl enerjiyə keçiddə sənayenin rolu, hökumət dəstəyi, maliyyələşdirmə, enerji saxlanc sistemləri, Qara dəniz regionunda yaşıl hidrogen, Regionda günəş enerjisi və digər mövzularda plenar iclaslar baş tutacaq.

2 gün davam edəcək tədbirdə B2B görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Əlavə məlumat və qeydiyyat üçün www.benergyweek.com saytına daxil olun.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *