Cari ilin on ayında elektrik enerjisi istehsalı artıb

image

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi istehsalı 22 milyard 351,0 milyon kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,2 % çoxdur.

"Berpaolunanenerji.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əmtəəlik elektrik enerjisi istehsalı 21 milyard 612,0 milyon kVt-saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 % çoxdur.

Hesabat dövründə su elektrik stansiyalarından 1 435,2 milyon kVt-saat (32,7 % çox), külək elektrik stansiyalarından 39,2 milyon kVt-saat (48,1 % az), günəş elektrik stansiyalarından 54,4 milyon kVt-saat (14 % çox) təmiz enerji istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *