Bu ilin sonunadək Azərbaycanın işğaldan azad edilən torpaqlarının bütün ərazisini elektrik enerjisi ilə təmin etmək əsas hədəflərdən biridir.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ("Rebuild Karabakh") və 26-cı Azərbaycan Beynəlxalq İnşaat ("BakuBuild 2021") sərgilərinin açılışında çıxış edən energetika nazirinin müavini Elnur Soltanov deyib.
O həmçinin əlavə edib ki, beynəlxalq investorlar tərəfindən Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyanın tikintisi üzrə araşdırma işləri davam etdirilir və Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək enerjisi ilə əlaqədar maraq sorğusu artıq investorlara göndərilib.
Rəylər (0):