Bu il ərzində bp tərəfindən Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi layihəsinin texniki və kommersiya çərçivələrinin razılaşdırılması bitdikdə biz investisiya qərarı haqda danışa bilərik.
"Renewables.az" xəbər verir ki, bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Trend-ə deyib.
"Bildiyiniz kimi, ötən illər ərzində biz razılaşma imzalamışıq. Layihə üzrə işlər davam edir. Demək olar ki, texniki və kommersiya parametrlərinin razılaşdırılması bitib. Ərazi minalardan təmizlənir. Bu il ərzində layihənin texniki və kommersiya çərçivələrinin razılaşdırılması bitdikdə biz investisiya qərarı haqda danışa bilərik", - o deyib.
Rəylər (0):