Cəbrayılda "Şəfəq" GES üçün 940 ha sahə seçilib

image

bp şirkəti ilə 2021-ci il 3 iyun tarixində Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair imzalanmış “İcra Müqaviləsi” çərçivəsində stansiyanın ərazisinin hüdudları müəyyənləşdirilib, 1000 ha ərazidən əkin sahələri nəzərə alındıqdan sonra 940 ha yararlı sahə seçilib.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Xatırladaq ki, 2022-ci il 4 iyun tarixində Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.

Hazırda kameral araşdırmalar aparılaraq geotexniki və ekoloji risklərin qiymətləndirilməsi, şəbəkənin araşdırılması və kommersiya müzakirələrinin aparılması həyata keçirilir. Şəbəkəyə müəyyən təsirlərin olacağı nəzərə alınaraq şəbəkə araşdırılır və bu barədə “Azərenerji” ASC ilə müzakirələr aparılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *