Cəbrayılda tikiləcək günəş elektrik stansiyası 150 min ev təsərrüfatının illik elektrik enerjisini təmin edəcək

image

Cəbrayılda tikiləcək günəş elektrik stansiyası 150 min ev təsərrüfatının illik elektrik enerjisini təmin edəcək. Həyata keçiriləcək bu layihə ümumi olaraq işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonası yaradılmasının komponentlərindən biri kimi qiymətləndirilir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev İTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, günəş elektrik stansiyası 500 milyon kVt-saatdan çox elektrik enerjisi istehsal edəcək. İşğaldan azad olunmuş ərazilərdə günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ərazisində müşahidə edilir. bp ilə bu layihədən əlavə olaraq, gələcəkdə artacaq elektrik enerjisi təminatının qarşılanması üçün digər rayonların ərazisində günəş elektrik stansiyaların tikintisi nəzərdən keçiriləcək.

Qeyd edək ki, layihə Energetika Nazirliyi ilə bp şirkəti arasında cari ilin iyun ayında Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə imzalanan icra müqaviləsi sayəsində gerçəkləşməkdədir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *