Cari ilin birinci yarımilində Çexiyada 484 MVt yeni günəş enerjisi gücü quraşdırıb.
Renewables.az-ın pv-magazine jurnalına istinadən xəbərinə görə, bu barədə ölkənin Günəş Enerjisi Assosiasiyası məlumat yayıb.
Məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 MVt azdır (487 MVt). Bununla belə, Çexiyada istifadəyə verilən günəş panellərinin sayı 2023-cü illə müqayisədə 2024-cü ildə 21 min ədəd azalıb.
Günəş Enerjisi Assosiasiyası günəş enerjisindəki azalmanı “enerji bazarında vəziyyətin ümumi sakitləşməsi”, enerji qiymətlərinin aşağı düşməsi və yeni yaşıl qənaət subsidiyalarında dəyişikliklərlə əlaqələndirib.
Assosiasiya bu il Modernləşdirmə Fondundan subsidiyaların əldə olunduğunu və 50 kVt-a qədər kiçik kommersiya layihələrinə investisiya dəstəyinin genişləndirilməsinin planlaşdırılıdığını bildirib. Həmçinin ilin sonuna qədər 1 GVt-dan çox günəş enerjisi gücünün quraşdırılacağı qeyd edilib.
Rəylər (0):