Çin 2030-cu il hədəflərinə 6,5 il tez çata bilər

image

Dünyanın ən böyük günəş panelləri istehsalçısı olan Çin bu il bərpa olunan enerji gücünü 339 qiqavat artırmağı planlaşdırır.

Renewables.az-ın məlumatına görə, bu barədə baş ofisi Vaşinqtonda yerləşən “Global Energy Monitor” (GEM) təşkilatının hesabatında deyilir.

Hesabat müəllifləri qeyd edirlər ki, Çin öz enerji gücünü günəş və küləyin hesabına 339 giqavat artıracaq. Bu da, Avropada indiyədək inşa edilmiş bütün günəş elektrik stansiyalarının ümumi gücündən çoxdur.

Dünyada inşası davam edən bərpa olunan enerji qurğularının 64 %-i Çin ərazisində yerləşir. Pekin bu yolla ənənəvi kömür yanacağından istifadəni minimuma endirmək istəyir.

Sidneydə yerləşən Climate Energy Finance (CEF) hesabatına görə, Çin 2030-cu il hədəflərinə 6,5 il tez çatacaq. Hər iki həftədə 10 GVt külək və günəş enerjisi gücü əlavə edən Çin emissiyalarını azaltmaq istiqamətində böyük addımlar atır. Bu addımlar Çinin enerji siyasətində böyük transformasiya və dünya üçün mühüm nümunədir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *