Çin bərpaolunan enerji istehlakını hər il 1 faiz artıracaq

image

Çinin Milli Enerji Administrasiyasının (NEA) rəhbəri Canq Cienhua paytaxt Pekində keçirdiyi mətbuat konfransında ölkədə təmiz enerjidən istifadənin təşviqi ilə bağlı qiymətləndirmələr edib.

Renewables.az xarici mətbuata istinadla xəbər verir ki, ölkədə təmiz enerji mənbələrinin qoyuluş  gücünün 1,3 milyon meqavat olduğunu bildirən Canq, onun ümumi qoyuluş gücündə 49,5 faiz, istehlakdakı payının isə 17,5 faiz olduğunu bildirib.

Qarşıdakı 5 ildə təmiz enerji istehlakının hər il 1 faiz artacağını ifadə edən Canq, Çinin bu mənbələrin  istifadəsinə diqqət yetirəcəyinə diqqət çəkib.

2022-ci ilin məlumata görə, ölkədə ümumi qoyuluş gücünün 2,5 milyon meqavatı ötdüyü ölkədə gücün yarıdan çoxu təbii qaz və kömür elektrik stansiyalarından ibarətdir.

Qeyd edək ki, NEA yanvar ayında builki bərpa olunan enerji sərmayələri çərçivəsində əlavə 160 qiqavat külək və günəş enerjisi gücünün istifadəyə veriləcəyini açıqlayıb. Çinin külək və günəş enerjisinə investisiyaları son 3 ildə ildə 100 qiqavat artıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *