Çinin günəş enerjisinin qoyuluş gücünün bu il 75-90 min MVt arasında artması gözlənilir.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Çin Fotovoltaik Sənayesi Assosiasiyasının (CPIA) məlumatında bildirilir.
Məlumata görə, 2022-ci ildə ölkədə günəş enerjisinin qoyuluş gücünün 75-90 QVt arası artması gözlənilir.
Qeyd edək ki, 2021-ci ildə günəş enerjisinin qoyuluş gücü 55 QVt artaraq 306 QVt-a çatıb.
CPIA rəsmisi Uanq Bohua qeyd edib ki, Çinin günəş enerjisinin qoyuluş gücü 2022-2025-ci illər arası hər il 83-99 min MVt artırma imkanı var.
Rəylər (0):