Çin Qobi çöllərini yaşıl enerji sahəsinə çevirir

image

Çinin “Trina Solar” enerji şirkəti ölkənin Qansu əyalətində 200 MVt gücündə günəş elektrik stansiyasını istismara verib.

“Berpaolunanenerji.az” "PV magazine" portalına istinadən xəbər verir ki, stansiyada 210 mm-lik “Vertex 670W” günəş panellərindən istifadə olunub.

Stansiya 380 hektar ərazini əhatə edir.

Qobi çöllərinin qum fırtınaları və yüksək istiliyə görə, stansiyada çöl və səhra ərazilərində yüksək effektiv panellərdən istifadə olunub.

Stansiya ildə 380 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək və 320 min ton karbon emissiyasının qarşısını alacaq.

Şirkət Qobi çöllərini günəş stansiyalarından ibarət yaşıl enerji zonasına çevirməyi planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *