Çin şirkəti Azərbaycanda günəş panellərinin istehsalına investisiya yatırmaqda maraqlıdır

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Çinin “Eqquo Limited” şirkətinin baş direktoru Michael Tunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Renewables.az BOEMDA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələri barədə ətraflı məlumat verilib. Çin şirkətlərinin bu layihələrdə aktiv iştirakından danışılıb.

“Eqquo Limited” şirkəti tərəfindən Azərbaycanda günəş panellərinin istehsalına investisiya yatırmaq istiqamətində maraq ifadə olunub.

Müvafiq sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *