Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Energy International Group Co.Ltd” şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər müzakirə edilib.
Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlərin görüldüyü qeyd edilib.
Rəylər (0):