Çində günəş enerjisi yatırımlarında rekord artım qeydə alınıb.
“Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Milli Enerji Administrasiyası məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında ölkədə günəş enerjisi yatırımları bir əvvəlki ilin müvafiq dövrünə görə 304 faiz artıb.
Qeyd edilən dövrdə günəş enerjisi yatırımları 11,4 milyard dollar təşkil edib.
Rəylər (0):