Çinin günəş panelləri ixracı bu ilin ilk yarımilində 26,3 milyard dollar təşkil edib.
Renewables.az BloombergNEF-ə istinadla xəbər verir ki, ixrac bu göstərici ilə rekord həddə çatıb.
Məlumata görə, Çinin ixrac etdiyi 128 min MVt gücündəki modul və hücrələrin yarısı Avropa ölkələrinə gedib. Türkiyə isə Avropa, Cənub-Şərqi Asiya, Braziliya və Hindistandan sonra Çinin beşinci ən böyük alıcısı olub. Buna səbəb, Türkiyədə günəş enerjisi sənayesinin inkişafı göstərilir.
Rəylər (0):