Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri (14-17 yaş) arasında “Gənc iqlim çempionları 2023” müsabiqəsinin seçim mərhələsi başa çatıb.
Renewables.az xəbər verir ki, “Create your own energy” layihəsi ilk onluğa düşüb və layihənin icrası təşkilatçılar tərəfindən maliyyələşdiriləcək.
Layihəyə 3 məktəbin şagirdləri də cəlb olunacaq. Komandanın tərkibi 189-190 nömrəli orta məktəbin 9-cu sinif şagirdləri Quliyeva Mina, Zərbəliyeva Asiya və Rəsulova Reyhan, mentor müəllim Nərimanova Elnarədir.
Layihə çərçivəsində şagirdlər tərəfindən bərpa olunan enerji mənbələrindən (günəş, külək, su) enerjinin alınması məqsədilə kiçik prototiplər hazırlanacaq, təlimlər keçiriləcək. Layihənin sonunda sərgi təşkil olunacaq.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilər arasında iqlim dəyişikliyi haqqında məlumatlılığın artırılması, ətraf mühitin vəziyyəti və resurslardan istifadənin yaxşılaşdırılması barədə uşaq və gənclərin maarifləndirilməsidir.
Qeyd edək ki, Renewables.az “Create your own energy” layihəsinin işıqlandırılmasında informasiya dəstəyi göstərəcək.
Rəylər (0):