Dağıstanda regionun ilk böyük günəş elektrik stansiyasının açılışı olub

image

Dağıstan Respublikasında 15 MVt gücündə "Yujno-Suxokumskaya" Günəş Elektrik Stansiyasının (GES) açılışı olub.

"Berpaolunanenerji.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Hevel" məlumat yayıb.

Regionun ilk böyük GES-i 40 min günəş panelindən ibarətdir və 30 hektardan çox ərazini əhatə edir.

GES-in elektrik enerjisi istehsalının proqnozlaşdırılan həcmi 20 milyon kVt-saat təşkil edəcək ki, bu da karbon qazı emissiyasını ildə 7 min ton azaldacaq.

Layihəyə investisiyaların həcmi 27 milyon dollar (1,5 milyard rubl) təşkil edib. Layihənin tikintisi zamanı 60-a yaxın və 13 daimi iş yeri açılıb, yerli podratçılar da cəlb olunub.

"Hevel" layihənin investoru və baş podratçısı kimi çıxış edib. Layihə Qazprombank tərəfindən maliyyələşdirilib və layihənin dəyərinin 80%-ni kredit şəklində təmin edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *