Danimarkanın “Vestas” şirkətinin regional kommersiya direktoru İqor Nusla Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları, külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparılıb.
“Berpaolunanenerji.az” məlumatına görə, bu barədə nazirin birinci müavini Elnur Əliyev məlumat verib.
Qeyd edək ki, "Vestas" dünyanın ən iri və ən güclü külək turbinini inşa etməsi ilə tanınır.
Rəylər (0):