Dubayda "Qlobal Təmiz Şəhərlər" sərgisi keçiriləcək

image

5-6 mart 2024-cü il tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin himayəsi altında “Qlobal Təmiz Şəhərlər 2024” sərgisi keçiriləcək.

Renewables.az-ın tərəfdaşı olduğu tədbir, Dubayın Millenium Plaza Downtown Hotelində keçiriləcək.

Bu tədbir bərpa olunan və təmiz enerji, şəhərsalma, ağıllı infrastruktur və davamlı həyat sahələrində qabaqcıl texnologiyalar və həlləri olan bizneslər üçün mükəmməl platformadır. Sərgidə 1500-dən çox ziyarətçinin, 500-dən çox deleqatın, 350-dən çox şirkətin, 75-dən çox sponsorun və 30-dan çox spikerin iştirakı gözlənilir. "Qlobal Təmiz Şəhərlər" sərgisi "Dubayın Təmiz Şəhəri və Strategiya Baxışı 2050" konsept mesajı ilə keçiriləcək. 

Maraqlanan şirkətlər qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərlər:

http://www.clean-cities.com/registration.html


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *