Dubayda "Qlobal Təmiz Şəhərlər Sərgi"si keçiriləcək

image

Cari ilin 5-6 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin himayəsi altında “Qlobal Təmiz Şəhərlər 2024” sərgisi keçiriləcək.

Renewables.az-ın media tərəfdaşı olduğu tədbir, Dubayın Millenium Plaza Downtown Hotelində keçiriləcək. Bu tədbir bərpa olunan və təmiz enerji, şəhərsalma, ağıllı infrastruktur və davamlı həyat sahələrində qabaqcıl texnologiyalar və həlləri olan bizneslər üçün mükəmməl platformadır.

Sərgidə 1500-dən çox ziyarətçinin, 500-dən çox deleqatın, 350-dən çox şirkətin, 75-dən çox sponsorun və 30-dan çox spikerin iştirakı gözlənilir. "Qlobal Təmiz Şəhərlər" sərgisi "Dubayın Təmiz Şəhəri və Strategiya Baxışı 2050" konsept mesajı ilə keçiriləcək. 

Tədbirdə ATARFIL, Carpi Tech, Clearbot, BƏƏ Bələdiyyələr və Nəqliyyat Departamenti, Şeyx Məhəmməd Bin Əhməd Bin Həmədan Əl Nəhyanın Şəxsi Ofisi, Qadınlar Bərpa Olunan Enerjidə (WiRE), Təmiz Enerji Biznes Şurası, Yaxın Şərq Günəş Enerjisi Assosiasiyası (MENA), Umm Al Quvain Universiteti, Əmirlik İnkişaf Bankı, Yaşıl Hidrogen Təşkilatı və Masdar City və Tadweer (Tullantıların İdarə Olunması Təşkilatı) daxil olmaqla bir sıra təşkilatlar iştirakını təsdiqləyib.

Tədbirdə 20-dən çox ölkədən 1500-dən çox ziyarətçi, 500-dən çox deleqat, 350-dən çox şirkət və 30-dan çox təqdimatçının iştirakı gözlənilir.

Maraqlananlar qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərlər:

http://www.clean-cities.com/registration.html


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *