Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) "Dünya Enerji Keçidi Görünüşü" (World Energy Transitions Outlook) hesabatını dərc edib. Hesabata görə, bərpa olunan enerji və hidrogen gələcəkdə enerji dünyasına hakim olacaq. Hesabatda qlobal temperaturu 1,5°C-yə azaltmaq, qlobal istiliyin qarşısını almaq üçün həllər təklif edilir və 2050-ci ilə qədər enerji keçidi üçün 131 trilyon dolların (ildə 4,4 trilyon dollar) lazım olduğu qeyd olunur.
"IRENA"nın baş direktoru Françesko la Kamera hesabatla bağlı deyib: "Yanlış istiqamətdə gedirik. Əsaslı bir geri dönüş etmək üçün enerji keçidində ciddi sürətlənməyə ehtiyac var".
"IRENA", 2050-ci ildə qlobal elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payının ənənəvi enerji mənbələrini 3 dəfədən çox üstələyəcəyini görür. Eyni zamanda, neft və kömür enerjisinin istehlakında sürətli azalma müşahidə ediləcək və fosil yanacaq istifadəsində 75% azalma olacaq. Təbii qazın 2025-ci ildə zirvəyə yüksələrkən, 2050-ci ildə qədər ən böyük paya sahib olacaq ənənəvi mənbə olacağı qeyd edilir.
Hesabatda həmçinin, bərpa olunan mənbələrin ənənəvi mənbələrə nisbətən 3 dəfədən çox yeni iş yerlərini yaradacağı bildirilir.
Rəylər (0):