Dünyada günəş enerjisi sektorunda işləyənlərin 40 %-ni qadınlar təşkil edib

image

Dünyada günəş enerjisi sektorunda işləyənlərin sayı 4,2 milyon nəfər olub ki, bunun da 40 %-ni qadınlar təşkil edib. 

Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) "Bərpa olunan enerji və məşğulluq" hesabatında bildirilir.

Bu sektorda (günəş fotovoltaik) çalışan qadınların 17 %-i yüksək idarəetmə (menecer), 30 %-i idarəetmə, 32 %-i STEM, 35 %-i qeyri-texniki, 38 %-i texniki, 58 %-i administrativ vəzifələrdə işləyib.

Bundan əlavə, külək enerjisi sənayesində çalışanların 21 %-ni qadınlar təşkil edib (neft-qaz sənayesində bu rəqəm 22 %-dir).


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *