Qlobal bazarlarda külək və günəş enerjisindən istehsal olunan elektrikin qiyməti artan tələb, təchizat zəncirindəki problemlər və qiymətlərdəki artım səbəbilə son bir ildə təxminən 30 faiz artıb
“Berpaolunanenerji.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “LevelTen Energy” tərəfindən dərc olunan hesabatda bildirilir.
Hesabata görə, bərpaolunan enerji müqavilələrinin qiyməti son bir ildə Şimali Amerikada 28,5 faiz, Avropada isə 27,5 faiz artıb.
Bu ilin ilk üç ayında artım isə Cənubi Amerikada 9,7 faiz, Avropada isə 8,6 faiz qeydə alınıb.
Koronavirus xəstəliyi və Rusiya-Ukrayna münaqişəsi səbəbilə meydana çıxan problemlər bərpaolunan enerji qiymətlərində son on ildir görünən azalmanı artımla əvəz etdi.
Bundan əlavə, ABŞ prezidenti Cozef Baydenin bərpaolunan enerji müəssisələrinə tətbiq olunan vergi azalmalarının müddətini uzadıb uzatmayacağı maraqla gözlənilir.
Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsi Avropa İttifaqı ölkələrinin bərpaolunan enerji mənbələrinə olan tələbini daha da artırıb.
Rəylər (0):