Dünyanın ən böyük su-üzən günəş hibrid elektrik stansiyası şəbəkəyə qoşulub

image

Taylandda qurulan 58,5 MVt gücündəki dünyanın ən böyük hidro-üzən günəş hibrid elektrik stansiyası elektrik istehsalına başlayıb.

"Berpaolunanenerji.az" "Bloomberg"ə istinadən xəbər verir ki, "Sirindhorn" su anbarında istehsala başlayan stansiyada 145 min ədəd günəş paneli quraşdırılıb.

Hibrid elektrik stansiyasının inşasına 34 milyon dollar sərmayə yatırılıb.

Qeyd edək ki, 2050-ci ilə qədər sıfır karbon olmağı hədəfləyən Tayland, qarşıdakı illərdə 16 belə stansiya qurmağı planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *