EBRD vitse-prezidenti: "Azərbaycanda KES-in maliyyələşdirilməsi imkanlarını nəzərdən keçiririk"

image

Abşeron yarımadasında külək elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi imkanlarını da nəzərdən keçiririk.

"Renewables.az" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman “Report”a eksklüziv müsahibəsində deyib.

M.Bouman bildirib: "Azərbaycanda qalıq yanacaqlardan istifadənin dəyəri artıb, ona görə də bərpa olunan enerji mənbələrindən istifadə ekoloji faydaları ilə yanaşı, maliyyə baxımından da cəlbedici olub. Ona görə də indi investisiyalar və bu sahədə siyasətin hazırlanması vasitəsilə biz Azərbaycanın karbohidrogen asılılığını azaltmaq səylərini fəal şəkildə dəstəkləyirik. Bu yaxınlarda ölkədə ilk özəl günəş elektrik stansiyasının tikintisinə birgə sərmayə qoymuşuq. 

Azərbaycan Energetika Nazirliyinə enerji sisteminin gücləndirilməsi ilə bağlı araşdırma aparmağa kömək etdik və anlaşma memorandumu imzaladıq. Onun məqsədi Azərbaycanın Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq aşağı karbonlu və iqlim baxımından davamlı enerji sektorunun inkişafına dəstək verməyə davam etməkdir. Memoranduma həmçinin bərpa olunan enerji mənbələrinin gələcək inkişafı, elektrik şəbəkələrinin təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması və hidrogen istehsalı kimi yeni texnologiyaların mərhələli şəkildə tətbiqi daxildir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *