ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) siyasət və texnologiyalarda əhəmiyyətli dəyişikliklər olmadığı təqdirdə, qlobal enerji istehlakının önümüzdəki 30 il ərzində təxminən 50 % artacağını proqnozlaşdırır.
"Berpaolunanenerji.az"ın EIA-nın hesabatına istinadən verdiyi məlumata görə, neft və digər maye enerji daşıyıcıları 2050-ci ildə qlobal səviyyədə əsas enerji mənbəyi olaraq qalsa da, günəş və külək də daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı təxminən eyni səviyyəyə çatacaq.
"Azalan texnologiya xərcləri və bərpaolunan enerji mənbələrinə stimul verən dövlət siyasəti, artan elektrik tələbatını ödəmək üçün bərpaolunan elektrik enerjisi istehsalının artmasına səbəb olacaq", - hesabatda qeyd olunur.
Nəticədə, bərpaolunan enerji mənbələri həm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan və olmayan ölkələrdə ən sürətli inkişaf edən enerji mənbəyi olacaq.
Bununla yanaşı, EIA, OECD ölkələrində kömür və nüvə istifadəsinin azalacağını proqnozlaşdırır, lakin bu azalma OECD-yə üzvü olmayan ölkələrdə sözügedən enerji mənbələrinin istifadəsinin artması ilə əvəz olunacaq.
Rəylər (0):