“Ekvator Enerji” Türkiyədəki günəş elektrik stansiyasını satın alıb

image

"Ekvator Enerji" şirkəti Türkiyənin Şanlıurfa ərazisində yerləşən 6,88 MVt gücündəki "Yılmaz" Günəş Elektrik Stansiyasını (GES) satın alıb.

"Berpaolunanenerji.az" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

"Ekvator Enerji"nin rəsmisi Hakkı Kubilay açıqlamasında, bu yatırımla şirkətin bərpaolunan enerji gücünün 21,4 MVt-a çatdığını bildirib.

Qeyd edək ki, stansiya 101 min kvadratmetr ərazidə yerləşir və burada 26 minə yaxın günəş paneli quraşdırılıb.

"Yılmaz" GES illik 3 minə yaxın evi elektrik enerjisi ilə təmin edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *