“Elektromobillik üzrə Milli Plan”ın detalları açıqlanıb

image

Elanı COP-a planlaşdırılan digər bir sənəd “Elektromobillik üzrə Milli Plan”dır. Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

Nazir məqalədə bildirib: "2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir. İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerji doldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir. “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında dövlət  başçısının müvafiq Sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerji doldurma məntəqələrinin quraşdırılması planlaşdırılır. Elektomobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq “Energetika haqqında” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlara düzəlişlər hazırda razılaşdırılır".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *